Diqqətinizə çatdırmaq istərdik ki, ulu öndərimiz, mərhum Heydər Əliyevin verdiyi tapşırıq əsasında Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 21.08.1996-cı il tarixli 1179 saylı Sərəncamına əsasən bizim Dini İcmaya Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin Mərkəz Massivində məscid tikilməsi üçün torpaq sahəsi ayrılmış, Sərəncamda göstərilmiş tələblərə uyğun olaraq bütün dövlət orqanlarından lazımi icazə və razılıqlar (Dini İcma 1995 və 1997-ci il tarixlərə dövlət qeydiyyatına alınmışdır, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/04-718 saylı 11.10.1996-cı il tarixli razılıq məktubu (Smeta-Maliyyə Hesabatının, Eskiz (tikinti) Layihəsinin razılaşdırılmasına dair), Qafqaz Müsəlmanları İdarəsinin Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə ünvanladığı 337 saylı 06.07.1996-cı il tarixli razılıq məktubu, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsi tərəfindən tərtib olunmuş 13084 №-li İnşaat Pasportu, Bakı Şəhər İcra Hakimiyyəti Aparatının “Bakıdövlətlayihə” Bakı Şəhərinin Planlaşdırılması və Mülki-Mənzil Tikintilərinin Layihə İnstitutunun 1998-ci il tarixdə (Sifariş №4481) tərib etdiyi “Sahənin Mühəndisi-Geoloji Səciyyəsi”, AR Səhiyyə Nazirliyi Bakı Şəhər Gigiyena və Epidemologiya Mərkəzinin 13-15/38114 saylı 15.04.1998-ci il tarixli Rəyi, AR Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin 01/501 saylı 18.05.1998-ci il tarixli razılıq məktubu, AR Daxili İşlər Nazirliyi Yanğından Mühafizə və Qəza-Xilasetmə İşləri Baş İdarəsinin NTNŞ-365 saylı 05.03.1998-ci il tarixli razılıq məktubu, Abşeron Regional Səhmdar Su Cəmiyyətinin 14/377 saylı razılıq məktubu, “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Elmi-Tədqiqat və Layihə Qaz İnstitutunun tərtib etdiyi məscidin qazlaşdırılması barədə 620 saylı İşçi Layihəsi, AR Yanacaq və Energetika Nazirliyi “Dövlət Enerjinəzarət” İdarəsinin 131-733 saylı Aktı) alındıqdan sonra Bakı Şəhər İcra Hakimiyyətinin, Suraxanı Rayon İcra Hakimiyyətinin, digər dövlət orqanlarının maddi və təşkilati dəstəyi ilə (Bakı şəhər İcra Hakimiyyətinin tapşırığı ilə ağır texnikanın ayrılması üçün 1997-1998-ci illərdə 5 000 000 (beş milyon) manat pul vəsaiti köçürülmüş və həmin vəsait Məscidin tikintisi üçün istifadə olunmuşdur), eləcə də qəsəbə sakinlərinin könüllü yardımları ilə məscidin tikilməsi başlanmış və bu ildə artıq məscidin tamamlanması planlaşdırılmışdır. |